>>" /> >>" /> >>" />

ABŞ-İran qarşıdurmasında Azərbaycan” mövzusunda diskussiya >>>

Paylaşmak ister misiniz?

BAO TV

18 may 2019-cu il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə “ABŞ–İran qarşıdurmasında Azərbaycan” mövzusunda növbəti diskussiya keçirildi.

Tədbiri giriş sözü ilə BAO Mərkəzi Şurasının sədri Paşa Həsənli açdı. O, mövzu haqqında qısa məlumat verdikdən sonra sözü tədbirə əsas məruzəçi kimi dəvət edilmiş “atlas” araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğluna verdi. E. Şahinoğlu mövzu üzrə ətraflı məruzə ilə çıxış edərək ABŞ-ın Yaxın və Orta Şərqdə həyata keçirdiyi hərbi-siyasi fəaliyyətinin məqsədləri, onun Azərbaycana təsiri haqqında öz fikirlərini bölüşdü: “Amerikanın siyasəti belədir ki, əvvəlcə hansısa ölkəni hədələyir, sonra onu saziş imzalamağa məcbur edir. İranla da belə oldu. Tramp gələndən sonra pozuldu. İndi Tramp yenidən İranı sazişə çəkmək istəyir. Hər iki tərəf toqquşmadan çəkinir. Amma xırda bir toqquşma böyük bir müharibənin başlanğıcı ola bilər. Amerika gərginliyi saxlamaqda maraqlıdır. İranın iqtisadi vəziyyəti isə get-gedə ağırlaşır. İran tərəfaşlarını da itirməkdədir. Putin də dolayısı ilə bildirir ki, daha bizə bel bağlamayın. Faktiki olaraq İran təklənir. Yəni İran nüvə anlaşmasından çıxsa Rusiya əvvəlki qədər İranın arxasında dayanmayacaq. Belə olan halda İran xaricdə himayə etdiyi silahlı qüvvələrə dəstək verə biləəcəkmi? Azərbaycan üçün də vəziyyət çətinləşə bilər. İran qonşudur, ABŞ isə tərəfdaş. Hansısa qarşıdurma yaransa Azərbaycan üçün mənfi təsiri ola bilər.”

Maraqlı keçən diskussiya Nəzakət Məmmədova, Cavanşir Beydullayev, Bəxtiyar Tuncay, Elman Cəlilov, Hakim Sadiqli, Dilavər Əzimli, İsa Qəmbər, Natiq Ulubəy, Xəyyam Məmməd b.-nın məruzəçiyə verdikləri suallar və mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi ilə davam etdirildi.


Paylaşmak ister misiniz?